"Bayati-şiraz"ı oxuyan özbək ifaçı danışdı

"Bayati-şiraz"ı oxuyan özbək ifaçı danışdı
calendar 17 iyul 2024
clock 10:23

Dilnoza Əkbərova "Ovoz" Özbəkistan yarışmasında "Bayatı-şiraz" ifa edib.

Kulis.az xəbər verir ki, Azərbaycan muğamının şah əsərlərindən olan "Bayatı-şiraz"ı ifa edərək böyük alqışlar alan Dilnoza Əkbərova bildirib ki, "Bayatı-şiraz" gözəl olduğu qədər ifası da çətin olan əsərdir.

"O səs Özbəkistan" yarışmasında jurilər arasında Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Xalq artisti "Yalla" qrupunun rəhbəri Fərrux Zakirov və digər sənətçilər olublar.

Özbək ifaçının sözlərinə görə, əvvəllər "Bayatı-şiraz"ı azərbaycanlı müğənnilərin ifalarında dinləyib və bəyənib.

Dilnoza Əkbərovanın ifası qısa vaxt ərzində sosial şəbəkələrdə minlərlə insan tərəfindən izlənib.

Xəzər Xəbər

view 934 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news