Bayden Ledi Qaqaya vəzifə verdi

Bayden Ledi Qaqaya vəzifə verdi
calendar 14 aprel 2023
clock 10:05

Amerikalı məşhur müğənni və aktrisa Ledi Qaqa Mədəniyyət və İncəsənət üzrə Prezident Komitəsinin həmsədri təyin edilib.

Kulis.az xarici medialara istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, müğənni bu vəzifəyə layiqli namizəddir, çünki onun 13 Qremmi mükafatı var.

Qeyd edək ki, Ledi Qaqa Baydenin seçki kampaniyası tədbirlərində fəal iştirak edib. 2021-ci ildə o, Baydenin andiçmə mərasimində ABŞ Himnini ifa edib.

view 1015 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news