Belarusiyada Müslüm Maqomayevin xatirəsinə konsert təşkil olunub

Belarusiya Dövlət Filarmoniyası

Belarusiya Dövlət Filarmoniyası

calendar 20 oktyabr 2021
clock 18:31

Belarusiya Dövlət Filarmoniyasında Azərbaycanın dünya şöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert proqramı təqdim edilib.

Kulis.az xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyinin təşəbbüsü ilə keçirilən konsertdə Belarus Dövlət Filarmoniyasının solistləri, milli və beynəlxalq festivalların laureatlarının ifasında dahi bəstəkarın repertuarından mahnı, romans və ariyalar dinlənilib. Konsertin aparıcısı proqram boyu M.Maqomayevin həyat və yaradıcılığı, anadan olduğu və böyüdüyü Azərbaycanla bağlılığı, vətəninə məhəbbəti, eləcə də yüksək ifaçılıq qabiliyyəti və mənəvi zənginliyi barədə dinləyicilərə geniş məlumat verib.

Konsertdə ifalar böyük alqışlarla qarşılanıb.

view 1015 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news