Benksinin yeni əsəri üzə çıxdı

Benksinin yeni əsəri üzə çıxdı
calendar 8 avqust 2024
clock 16:40

Məşhur küçə rəssamı Benksi Londonda bir binanın divarına pəncərələrdən bir-birinə baxan iki fil çəkib.

Kulis.az xəbər verir ki, Benksi rəsmi instaqram hesabında paylaşdığı əsərin altına şərh yazmadığı üçün pərəstişkarları əsərin mənasını təxmin etməyə çalışırlar.

Bir çox insanlar bunun insanların danışmaq istəmədiyi açıq bir problemi və ya çətin vəziyyəti ifadə etmək üçün istifadə olunan "otaqdakı fil" ifadəsinə istinad olduğunu irəli sürüb.

view 587 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news