"Beş qapı" tamaşası nümayiş olundu

“Beş qapı” tamaşası

“Beş qapı” tamaşası

calendar 30 dekabr 2021
clock 09:40

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar, dekabrın 29-da Heydər Əliyev Sarayında “Beş qapı” tamaşası təqdim edilib.

Kulis.az xəbər verir ki, Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri əsasında hazırlanan tamaşa Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə nümayiş olunub.

Qeyd edək ki, tamaşanın ssenari müəllifi Şahin Musaoğlu, bəstəkarı Tamilla Əhədova və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Tamaşada Mədəniyyət və İncəsənət Universitetinin tələbə heyəti öz rollarını məharətlə ifa ediblər.

view 1827 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news