Beynəlxalq müsabiqədə azərbaycanlı gənc mükafatlandırılıb

Beynəlxalq müsabiqədə azərbaycanlı gənc mükafatlandırılıb
calendar 26 sentyabr 2024
clock 16:25

Hindistanın Mumbai şəhərinin ev sahibliyi etdiyi dünyanın ən qabaqcıl opera müsabiqəsinin (Operalia) 31-ci buraxılışında Azərbaycanın Xalq artisti, “Solo oxuma və opera hazırlığı” kafedrasının professoru Gülnaz İsmayılovanın tələbəsi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu olmuş gənc və istedadlı Elmina Həsən 2-ci yer üzrə 3 nominasiyada qalib olub, ölkəmizi yüzlərlə ölkə içində böyük müvəffəqiyyətlə təmsil edib.

Bakı Musiqi Akademiyasından Kulis.az-a bildirilib ki, gənc istedadın əsrarəngiz ifası nəhəng dünya musiqiçiləri tərəfindən yüksək təqdir olunub və mükafatlandırılıb.

1993-cü ildə dünyaşöhrətli vokal ifaçısı Plasido Dominqo tərəfindən əsası qoyulmuş, qlobal miqyasda ən qabaqcıl musiqi tədbirlərindən biri olan Operalia olduqca istedadlı gənc opera müğənnilərinin karyerasına başlamasında böyük töhfə verir.

view 471 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news