Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açıldı

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açıldı
calendar 3 may 2024
clock 16:00

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1993-cü il 20 dekabr tarixli qərarı ilə hər il may 3-də Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd olunur. Bu günlə əlaqədar Milli Kitabxanada “3 May - Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı geniş kitab sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə mövzu ilə bağlı kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

view 579 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news