“Beynəlxalq Sülh Günü” adlı virtual sərgi hazırlandı

“Beynəlxalq Sülh Günü” adlı virtual sərgi hazırlandı
calendar 21 sentyabr 2023
clock 18:45

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Beynəlxalq Sülh Günü” adlı virtual sərgi hazırlanıb.

Kulis.az xəbər verir ki, virtual sərgidə mövzu ilə əlaqədar fotolar, məqalələr və kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_sulh_gunu/index.htm linkindən istifadə edə bilərlər.

Qeyd edək ki, BMT-nin Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə hər il sentyabrın 21-i Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib. Beynəlxalq Sülh Günü müharibə, təbii fəlakətlərin nəticələri, aclıqdan və ayrı-ayrı dövlətlərin iddialarından meydana gələn regional qarşıdurmalardan əziyyət çəkən milyardlarla insanın ağrılarını duymaq üçün fürsətə çevrilib. 2007-ci ilin həmin günündə BMT-nin Baş katibi Pan Gi Mun “Sülh zəngi”ni çalaraq, dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmaqla bir dəqiqəlik sükuta çağırıb.

AZƏRTAC

view 1036 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news