Beyons "Spotify"da rekorda imza atdı

Beyons, müğənni

Beyons, müğənni

calendar 2 avqust 2022
clock 13:10

Dünya şöhrətli müğənni Beyonsun yeni "Renaissance" albomu “Spotify” musiqi yayım platformasında dinləmə rekorduna imza atıb.

Kulis.az xəbər verir ki, albom iyulun 29-da (buraxılış günü) 43 milyon dəfə dinlənilib. Bu, 2022-ci ildə qadın sənətçiləri arasında albom uğuruna görə ən yaxşı göstərici hesab olunur.

Bundan əlavə, alboma daxil olan bütün mahnılar “Spotify” musiqi yayım platformasında ilk top 25-ə düşərək, onlardan yeddisi top 10-a daxil olub.

Rekorda imza atan Beyonsun bu albomu üç pandemiya ili ərzində hazırlanıb. "Renaissance" ifaçının altı illik fasilədən sonra hazırladığı sayca yeddinci studiya albomudur.

Qeyd edək ki, 40 yaşlı Beyons qadın müğənniləri arasında ən çox “Qremmi” musiqi mükafatı sahibidir. Onun hesabında 28 mükafat heykəlciyi var.

view 1412 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news