Beyonse görə onlarla evsiz ailə oteldən çıxarılacaq

Beyonse görə onlarla evsiz ailə oteldən çıxarılacaq
calendar 23 may 2023
clock 18:23

Amerikalı müğənni Beyonsun konsertinə görə onlarla evsiz ailə Londondakı Travelodge otelindən çıxarıla bilər .

Kulis.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Otellərə artan tələbatı ödəmək üçün əvvəllər burada ailələrə verilən mənzillər onlardan alınacaq. Ailələr alternativ müvəqqəti mənzillərə yerləşdiriləcək.

İndi London mehmanxanasında 100-ə yaxın otaq yerli şəhər şurası tərəfindən evsizlər üçün sifariş edilib. Şura kirayəçilər üçün başqa uyğun mənzil tapmaq üçün mümkün olan hər şeyi edəcəyini bildirib.

Öz növbəsində otel evsiz ailələrin oteldə yerləşdirilməsinin qısa müddətə müvəqqəti həll yolu olduğunu vurğulayaraq, bu şəbəkənin digər otellərində də otaqlar təklif edib.

Qeyd edək ki, ümumilikdə Beyonce mayın 29-dan iyunun 4-dək Londonda Tottenham Hotspur Stadionunda beş konsert verəcək.

view 991 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news