Bir də gördün yox oldu adam, bir də gördün fotodu

Bir də gördün yox oldu adam, bir də gördün fotodu
calendar 16 noyabr 2023
clock 11:50

Kulis.az Ələkbər Salahzadənin "Bir də gördün" şeirini təqdim edir.

Bir də gördün beşikdi adam,
bir də gördün bəbədi.
Bir də gördün uşaqdı adam,
bir də gördün babadı.

Bir də gördün oğuldu adın,
bir də gördün atadı.
Bir də gördün yox oldu adam,
bir də gördün fotodu.

Bir də gördün oddu adam,
bir də gördün ot oldu
Bir də gördün adamdı adam,
bir də gördün ad oldu

view 946 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news