Bir də qadın - üçüncü sirr - Başqırd şairin şeiri

Bir də qadın - üçüncü sirr - Başqırd şairin şeiri
calendar 20 oktyabr 2023
clock 15:30

Bu gün Başqırdıstanın Xalq şairi Mustay Kərimin doğum günüdür.

Kulis.az bu münasibətlə onun "Üçüncü sirr" şeirini təqdim edir.

Məni üç möcüzə əsir edib

Həmişə;

Yer,

Göy,

Bir də qadın - üçüncü möcüzə.

Üç sirr məni düşünməyə vadar edir,

Heyrətləndirir;

Yer,

Göy,

Bir də qadın - üçüncü sirr.

Ancaq yerin sirri, daha sirr deyil,

Hər şey burda üzdədir.

Göydə də bir sirr qalmadı,

Dibi artıq görünür,

dayazlaşmaq üzrədir.

Yalnız qadın,

Ancaq qadın ...nədənsə,

Naməlum və gizli qalır,

Əbədi -

İlahi möcüzə kimi,

Sirr kimi,

Sehr kimi.

Başqırd dilindən tərcümə: Baloğlan Cəlil

view 721 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news