Bob Dilanın musiqiləri satın alındı

Bob Dilan, müğənni

Bob Dilan, müğənni

calendar 25 yanvar 2022
clock 12:05

Amerikalı müğənni, Ədəbiyyat üzrə Nobel Mükafatıçısı Bob Dilan ötən ilin iyulunda karyerası boyu lentə aldığı bütün musiqi kataloqunu Yaponiyanın “Sony” şirkətinə satıb. Bu barədə yanvarın 24-ü şirkətin mətbuat xidməti məlumat yayıb.

Kulis.az türk mediasına istinadla xəbər verir ki, “Sony Music Entertainment” yanvarın 24-də ictimaiyyətə açıqlamasında Bob Dilanın bütün musiqi kataloqunu, eləcə də gələcəkdə buraxılacaq bir neçə yeni mahnının hüquqlarını əldə etdiyini bildirib. “Variety” jurnalının məlumatına görə, sövdələşmənin dəyəri 150-200 milyon dollar arasında olub.

2020-ci ilin dekabr ayında Bob Dilanın mahnılarının bütün kataloqunun müəllif hüququ dünyanın ən böyük səsyazma şirkəti olan “Universal Music Group” tərəfindən alınıb. “The New York Times” qəzetinin yazdığına görə, sövdələşmənin dəyəri o zaman 300 milyon dolları keçmişdi.

Xatırladaq ki, Bob Dilan on qat Qremmi mükafatının (1973-2007) və Qremminin “Həyatı boyu qazandığı nailiyyət” nominasiyalı xüsusi mükafatının (1991), həmçinin Ədəbiyyat üzrə Nobel mükafatının (2016) qalibidir. O, “Rolling Stone” jurnalının “Bütün zamanların 100 ən böyük sənətçisi” siyahısında birincidir.

view 1401 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news