Reqqi musiqisinin tanınmasında əvəzsiz rolu olmuş, yamaykalı musiqiçi Bob Marley haqqında film çəkilir.
Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, bioqrafiq film rejissor Reynaldo Markus tərəfindən ekranlaşdırılacaq. Markus artıq film çəkilişlərinə başladığı barədə xəbərləri təsdiqləyib.
O, həmçinin qeyd edib ki, Bob Marleyin oğlu Ziqqi Marley filmdə prodüser və ssenari məsləhətçisi kimi fəaliyyət göstərəcək.
- Milli Dram Teatrında “Yaşar” tamaşası olacaq
- Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib
- "Partkomu Şirzad olanın, komsomolu da sizin kimi olar" — Ağarza Elçinoğlu
Filmdə xüsusi ilə 1976-cı ildə başlayaraq Bob Marleyə sui-qəsd cəhdlərinə "Exodus" albomunun hazırlanmasına diqqət yetiriləcək.