“Boney M.” qrupunun yaradıcısı vəfat edib

“Boney M.” qrupunun yaradıcısı vəfat edib
calendar 24 yanvar 2024
clock 10:32

Bəstəkar, musiqiçi, “Boney M.” qrupunun yaradıcısı Frank Farian vəfat edib.

Kulis.az TASS-a istinadən xəbər verir ki, o, Mayamidəki evində 83 yaşında vəfat edib.

Frank Farian 1970-80-ci illərin qovşağında şöhrətinin zirvəsini yaşayıb. Almaniyalı musiqiçi daha çox 1975-ci ildə “Boney M.” qrupunu yaratması ilə məşhurdur. Fasilələrlə “Boney M.” qrupu bu günə qədər fəaliyyət göstərir.

Qeyd edək ki, Frank Farian albomları 800 milyondan çox nüsxədə satılıb.

view 664 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news