Bred Pitt kino ilə vidalaşdı

Bred Pitt kino ilə vidalaşdı
calendar 9 yanvar 2023
clock 14:40

Dünyanın ən yaraşıqlı aktyorlarından biri hesab olunan və filmlərdəki uğurlu rolları ilə Hollivudun ikonlarından birinə çevrilən Bred Pitin təqaüdə çıxacağı iddia olunur.

Kulis.az xəbər verir ki, son zamanlar “Sui-qəsd qatarı” və “Babil” filmləri ilə gündəmə gələn 59 yaşlı aktyor, keçən ay “Plan B” prodüser şirkətindəki səhmlərinin 60 faizini satıb.

"Page Six"in məlumatına görə, aktyorun prodüser şirkətinin səhmlərini satması onun kinodan getməsi ilə bağlıdır. Bildirilib ki, o, daha sakit həyat yaşamaq istəyir. Aktyor filmlərə çəkilməyə davam etsə də, kino biznesindən uzaq qalacaq.

view 1546 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news