Bred Pitt və Corc Kluni 81-ci Venesiya Film Festivalında

Bred Pitt və Corc Kluni 81-ci Venesiya Film Festivalında
calendar 2 sentyabr 2024
clock 11:21

Hollivud ulduzları Bred Pitt və Corc Kluninin 81-ci Venesiya Film Festivalındakı çıxışı böyük marağa səbəb olub.

Kulis.az xəbər verir ki, rejissor Con Uotts olan "Vulflar" filminin dünya premyerası bazar günü axşam saatlarında baş tutub.

Nümayişin keçirildiyi "Palazzo del Cinema" qarşısındakı pərəstişkarları Pitt və Klunini böyük coşqu ilə qarşılayıblar.

Qeyd edək ki, Bred Pittin dramatik şəkildə ayrıldığı həyat yoldaşı Ancelina Colinin əfsanəvi opera müğənnisi Mariya Kallası canlandırdığı “Mariya” filmi eyni festivalda 8 dəqiqə ayaq üstə alqışlanıb. Coli bu diqqətlə qarşılaşanda göz yaşlarını saxlaya bilməyib.

Ülvi Bahadır

view 421 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news