Britaniyalı müğənni süni intellektə qarşı çıxış etdi

Britaniyalı müğənni süni intellektə qarşı çıxış etdi
calendar 23 may 2023
clock 13:50

Britaniyalı müğənni Stinq qlobal sənayedə neyron şəbəkələrin istifadəsi ilə bağlı narahatlığını bildirib.

Kulis.az xəbər verir ki, sənətçi yaxın bir neçə ildə insanların süni intellektlə bəşəri irs uğrunda mübarizə aparacağını bildirib. Stinq neyron şəbəkələrdən çox diqqətlə istifadə edilməli olduğunu vurğulayıb.

“Bu alətlər çox faydalıdır, lakin biz onları idarə etməliyik. Düşünürəm ki, biz maşınların bizi ələ keçirməsinə icazə verə bilmərik. Bundan qorxmalıyıq”, - deyə 71 yaşlı ifaçı qeyd edib.

Stinqə görə, süni intellektdən musiqi dinləmək də darıxdırıcı olacaq: "Bunun mənə daha pis təsir edəcəyini düşünürəm".

view 788 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news