Britni Spirs yenə gəlinlik geyindi: "Özümlə evləndim"

Britni Spirs yenə gəlinlik geyindi:  "Özümlə evləndim"
calendar 22 oktyabr 2024
clock 10:18

Keçən il Sem Əsgəridən boşanan müğənni Britni Spirsin son paylaşımı trendə çevrilib.

Kulis.az xəbər verir ki, gəlinlik geyinən ulduz yenidən evləndiyini açıqlayıb.

Üç dəfə evlənən Spirs bunları yazıb:

"Özümlə evləndiyim gün... Bu, utancverici və gülünc görünə bilər, amma, məncə, bu, indiyə qədər etdiyim ən ağıllı işdir".

Müğənni son aylarda yeni albom üzərində işləməsi ilə bağlı iddialara da cavab verib:

"Haqqımdakı bütün xəbərlər cəfəngiyyatdır! Deyirlər ki, kiminləsə albom hazırlayıram. Bir də musiqiyə qayıtmayacağam".

Ülvi Bahadır

view 376 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news