BTS qrupu yeni albomla geri qayıdır

BTS qrupu

BTS qrupu

calendar 18 aprel 2022
clock 17:40

Məşhur K-Pop qrupu BTS yeni albomla geri qayıdır.

Kulis.az NTV-yə istinadən xəbər verir ki, populyar qrup “Permission to dance on stage” adlı Las Veqas konsertinin son günündə albom müjdəsi verib. Qrup, konsert görüntülərindən ibarət olan 12 saniyəlik videoda həm yeni albomun adını, həm də çıxacağı tarixi açıqlayıb. BTS “Gülləkeçirməzik” albomunu 10 iyunda pərəstişkarlara təqdim edəcək.

Xatırladaq ki, BTS qrupu son dəfə üzvlərinin əsgərliyə gedəcəyi xəbəri ilə gündəmə gəlmişdi.

view 1766 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news