Bu əsər 45 milyon dollara satıldı

Bu əsər 45 milyon dollara satıldı
calendar 28 yanvar 2022
clock 17:40

İntibah dövrünün ən məşhur rəssamlarından olan Sandro Bottiçellinin çəkdiyi rəsm əsəri Nyu-Yorkdakı “Sotheby's” hərracında 45,4 milyon dollara satılıb.

Kulis.az türk mediasına istinadla xəbər verir ki, bu, hərraclarda indiyədək intibah dövrünə aid rəsm əsərlərinə qoyulan ən yüksək qiymətlərdən biridir.

“Sotheby's” hərrac evindən bildirib ki, Bottiçellinin əsərləri hərracda olduqca nadir tapıntıdır, xüsusilə, onun son işləri bazarda çox nadir hallarda görünür.

“Kədər adamı” tablosu 1963-cü ildə hərracda alındıqdan sonra eyni adamın şəxsi kolleksiyasında qalıb”, - deyə əlavə olunub.

view 1551 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news