Bu gün Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə Liverpul şəhərində “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.
Kulis.az xəbər verir ki, müsabiqədə ölkəmizi Tural və Turan əkiz qardaşları – TuralTuranX “Tell me more” mahnısı ilə təmsil edir.
Azərbaycan təmsilçiləri 1-ci yarımfinalda 12-ci nömrə altında səhnəyə çıxacaq. Azərbaycanla yanaşı birinci yarımfinalda Xorvatiya, İrlandiya, Latviya, Malta, Norveç, Portuqaliya, Serbiya, Çexiya, Finlandiya, İsrail, Moldova, Niderland, İsveç və İsveçrə təmsilçiləri də yer alıb.
- Ən yaxşı superqəhrəman filmi seçildi
- Müğənni Sılanın kitabı çap olundu
- Ata ocağı”nın Ləmanı: “O vaxt güclü depressiyada idim”
Müsabiqənin ikinci yarımfinalı mayın 11-də, finalı isə mayın 13-də keçiriləcək.
Qeyd edək ki, bu il 67-ci dəfə təşkil olunacaq “Avroviziya” mahnı müsabiqəsində 37 ölkə təmsil olunur.