Bu gün Milli Televiziya və Radio Günüdür

Bu gün Milli Televiziya və Radio Günüdür
calendar 6 noyabr 2023
clock 10:50

Bu gün Azərbaycan televiziyasının 67, radiosunun 97 yaşı tamam olur.

Kulis.az xəbər verir ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və həmin gündən sözügedən tarix radio işçilərinin peşə bayramı kimi qeyd olunur.

Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.

Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi göstərilib.

view 732 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news