Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar plana əsasən, 2024-cü ildə Qax Dövlət Kukla Teatrında dörd yeni tamaşa hazırlanacaq.
Kulis.az xəbər verir ki, bu barədə teatrın direktoru vəzifəsini icra edən, Əməkdar artist Yusif Abdurahmanov məlumat verib.
Qurum rəsmisi bildirib ki, bu il teatrın səhnəsində E.Çernyak və E.Gilodinin “Güllü və Güloğlan”, Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası”, Çingiz Ələsgərlinin “Pinokkionun sərgüzəştləri” və Vladimir Orlovun “Qızıl cücə” əsərləri tamaşaya qoyulacaq.
- Gənc yazardan yeni kitab
- Özündən 11 yaş kiçik oğlanla evlənən, nəvəsini övladlığa götürən, pişiyinə elçi gedən Nəsibə Zeynalova – Maraqlı faktlar
- Sənsiz ürəyimi əzir ayrılıq - Nəriman Həsənzadə
Yaradıcı kollektiv yaxın günlərdə “Güllü və Güloğlan” tamaşası üzərində məşqlərə başlayacaq. Tamaşaya Əməkdar artist Yusif Abdurahmanov quruluş verəcək.
Azərtac