Bu portret 200 milyon dollara satışa çıxarıldı

"Shot Sage Blue Marilyn" əsəri

"Shot Sage Blue Marilyn" əsəri

calendar 23 mart 2022
clock 13:30

Endi Uarholun "Shot Sage Blue Marilyn" əsəri 200 milyon dollara satışa çıxarılıb.

Kulis.az xəbər verir ki, Kristi hərrac evi Hollivud ulduzu Merlin Monronun portretini rekord qiymətə satmaq niyyətindədir. Hərrac evi portreti 200 milyon dollara satmağı planlaşdırır. Endi Uarholun 1964-cü ildə ərsəyə gətirdiyi əsər satılsa, 20-ci əsrin ən baha qiymətə satılan əsərinə çevriləcək.

Qeyd edək ki, satışdan əldə edilən gəlir uşaqlar üçün səhiyyə və təhsil yardımı göstərən “Tomas və Doris Amman” fonduna köçürüləcək.

view 1561 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news