Çarli Çaplinin nəvəsi "Avatar"da rol alacaq

Çarli Çaplinin nəvəsi "Avatar"da rol alacaq
calendar 21 yanvar 2023
clock 17:30

“Çarli Çaplinin nəvəsi Una Çaplin Ceyms Kemeronun “Avatar” franşizasının üçüncü hissəsində rol alacaq.

Kulis.az xəbər verir ki, bu barədə “Avatar: Suyun yolu” filminin prodüseri Con Landau məlumat verib.

Una Çaplinin Varanq adlanan personajı Pandora planetinin yerli xalqlarından olan Navi Od qəbiləsinin başçısıdır. Prodüser Landau qeyd edib ki, bu xarakter aborigen qəbiləsinin digər nümayəndələrindən daha mənfi fiqur olacaq.

“Yaxşı insanlar və pis insanlar var. Eyni şey Navi üçün də keçərlidir"- ,deyə prodüser əlavə edib.

view 1715 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news