"Çarlinin mələkləri"nin məşhur aktrisası vəfat etdi

"Çarlinin mələkləri"nin məşhur aktrisası vəfat etdi
calendar 15 aprel 2023
clock 13:00

Amerikalı aktrisa, yazıçı və ssenarist, 1982-ci ildə çəkilmiş "Halloween III: Cadugər Mövsümü" qorxu filmi ilə tanınan Qarn Stivens 88 yaşında vəfat edib.

10 aprel 1936-cı ildə Oklahoma ştatının Talsa şəhərində anadan alan Stivens karyerasına teatr aktrisası kimi səhnədə başlayıb. O, 1971-ci ildə "Atalar Günü" filmində Estelle rolunu oynayıb. Bir çox film və seriallarda rol alıb. "Böyük dünyanın sirri" və "Ailədə hamı" seriallarında rol alıb.

Daha sonra məşhur "Çarlinin mələkləri", "Ailə bağları" və "Kvant sıçrayışı" seriallarında yer alıb. Aktrisa "Barney Miller", "Kor ambisiya", "Qatil instinkti" kimi detektiv filmlərə də ssenarilər yazıb.

view 1226 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news