Castin Biberin İsraili dəstəkləyən paylaşımı qəzəblə qarşılandı

Castin Biberin İsraili dəstəkləyən paylaşımı qəzəblə qarşılandı
calendar 12 oktyabr 2023
clock 13:55

Müğənni Castin Biber instaqramda Fələstinlə münaqişədə İsraili dəstəkləyən paylaşım edib.

Kulis.az xəbər verir ki, israillilər üçün dua etdiyini yazan sənətçi fon şəkli kimi Qəzzada dağılmış binaların fotosunu seçib.

Qəzəblənən sosial şəbəkə istifadəçiləri müğənniyə paylaşımında səhv olduğunu bildirib və bir müddət sonra Biber bu postu yeni isə əvəzləyib.

view 975 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news