Çəkiliş meydançasında qəza: operator öldü, rejissor ağır yaralıdır - Fotolar

Atəş açan aktyor Alek Boldvin

Atəş açan aktyor Alek Boldvin

calendar 22 oktyabr 2021
clock 10:48

Ötən gün ABŞ-ın Nyu Meksiko ştatında məşhur aktyor Alek Boldvinin iştirakı ilə çəkilən “Pas” filmində baş verən hadisənin təfərrüatları açıqlanıb.

Kulis.az rus mediasına istinadən xəbər verir ki, ABŞ-da rejissor Coel Sousun ekranlaşdırdığı “Pas” filminin çəkilişləri zamanı atışma səhnəsində aktyor Alek Boldvinin istifadə etdiyi silahdan açılan atəş filmin rejissorunun yaralanmasına, 43 yaşlı operator Qalina Xatçinsin isə ölümünə səbəb olub. Xəstəxanaya qaldırılan rejissorun vəziyyəti isə ağır olaraq qalır.

Çəkilişlər müvəqqəti dayandırıldıqdan sonra polis araşdırması başlanılıb. İlkin dindirilmədə Alek Boldvinə qarşı heç bir ittiham irəli sürülməyib. Santa Fe polisindən bildirilib ki, baş verən hadisə zamanı aktyorların atəş açdığı silahlar səhvən boş patronlardan deyil, həqiqi, döyüş qabiliyyətli patronlarla doldurulub.


view 3256 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news