"Cek"in kostyumu hərraca çıxarılır

"Cek"in kostyumu  hərraca çıxarılır
calendar 3 oktyabr 2023
clock 17:30

Hollivud ulduzu Leonardo DiKaprionun "Titanik" filmində canlandırdığı "Cek" obrazının kostyumu hərraca çıxarılacaq.

Kulis.az xəbər verir ki, geyimin ilkin qiyməti 100 mindən 200 min dollara qədər dəyişir.

Bura Leonardonun geyindiyi ağ köynək, qara jilet və şalvar daxildir.

Kostyumun üzərində aktyorun adı və filmin çəkiliş tarixi əks olunub.

Geyim noyabrın 9-dan 12-dək Londonda keçiriləcək hərracda satışa qoyulacaq.

view 847 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news