Cem Yılmazdan yeni film gəlir

Cem Yılmaz, türkiyəli komediya ustası, rejissor, aktyor

Cem Yılmaz, türkiyəli komediya ustası, rejissor, aktyor

calendar 24 dekabr 2021
clock 14:10

Məşhur yumorist Cem Yılmaz yeni filminin anonsunu verib.

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, “Qalata canavarı” adlı yeni film haqda Cem Yılmaz öz Tvitter hesabında paylaşım edib.

Filmin həm ingiliscə, həm də türkcə afişasını paylaşan Cem Yılmaz “2023-cü ildə izləyəcəyiniz filmin adını açıqlayım” deyə bildirib.

Film İstanbul sənətçilərinin cinayət hekayələridir. “Qalata canavarı”nın 2010-ci ildə çəkilən “Yahşi Batı” filminin davamı olduğu da düşünülür.

Xatırladaq ki, film 2023-cü ildə ekanlara çıxacaq.

view 1589 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news