Cəmil Fərəcovla vida mərasimi keçiriləcək

Cəmil Fərəcovla vida mərasimi keçiriləcək
calendar 2 avqust 2023
clock 10:15

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcovla vida mərasimi 2 avqust saat 11- də Təzə Pir Məscidində keçiriləcək.

Kulis.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Mərhumun cənazəsi "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, sənətçi uzun sürən xəstəlikdən sonra dünən dünyasını dəyişib. O, "Sən həmişə bizimləsən"(1998), "Gecikmiş gündəlik (1986), "Ayna və Həmid"(1990) kimi məşhur filmlərin müəllifidir.

view 762 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news