Cənnət Səlimova: "Mənim başqa heç nəyim yoxdur" - Video

Cənnət Səlimova:  "Mənim başqa heç nəyim yoxdur" - Video
calendar 6 iyun 2023
clock 11:40

Xalq artisti, professor Cənnət Səlimova Mədəniyyət Nazirliyinin "Mədəniyyət Sizinlə Tanınır!" layihəsində qonaq olub.

Kulis.az xəbər verir ki, layihədə səhnənin onun üçün əhəmiyyətindən danışan Xalq artisti orada tamaşaçı ilə söhbət etdiyini, problemləri bölüşdüyünü bildirib:

"Çalışıram ki, onlar tamașadan xoş hisslərlə getsinlər. Ona görə də mənim üçün səhnə müqəddəs yerdir".

Rejissorluqdan söz açan sənətçi bunu özünün həyat tərzi olduğunu vurğulayıb:

"Rejissor istedaddır, fantaziyadır, yaxşı yaddaşdır, bəşəriyyətin sənətdə əldə etdiyi bütün xəzinələri özündə cəmləşdirmək bacarığıdır.

Musiqi, rəsm, heykəltaraşlıq, ədəbiyyat, poeziya. Bu elə böyük bir sahədir ki, burada rejissor hovuzdakı kimi rahat üzməlidir.

Mənim əsas qanunum sənə gələn tamaşaçını sevməkdir.

Ətrafımda baş verən hər șeyə, kitab oxusam da, film izləsəm də, musiqi, opera dinləsəm də işimdə mənə faydalı olub-olmayacağı nöqteyi-nəzərindən baxıram.

Şəxsən mənim üçün rejissorluq həyat tərzidir. Mənim başqa heç nəyim yoxdur. Bu mənim həyatımdır".

view 2839 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news