Ceyms Kemerondan "Terminator" etirafı

Ceyms Kemerondan "Terminator"  etirafı
calendar 23 sentyabr 2024
clock 11:10

Rejissor Ceyms Kemeron dünya kinosunun ən məşhur filmlərindən olan "Terminator" haqqında diqqətçəkən açıqlamalar verib.

Kulis.az xəbər verir ki, 70 yaşlı rejissor "Terminator"un 40-cı ildönümündə "Empire" jurnalına verdiyi müsahibədə filmin bəzi hissələrinin “utancverici” olduğunu, lakin yenə də dövrün imkanları ilə təqdirəlayiq biş ortaya qoyduqlarını deyib.

Ceyms Kemeron filmdə rol alan Arnold Şvartsneqqerin ilk vaxtlar obrazla bağlı arzularına tam uyğun gəlmədiyini də qeyd edib.

“Arnold xəyalımdakı obraza uyğun gəlmirdi. Fərqli prizmadan baxanda, istehsal keyfiyyəti baxımından çox yaxşı film çəkə bilərdik və insanların təxəyyül imkanlarını genişləndirən bu qərarı verməsəydik, filmin heç bir mənası olmazdı”.

Ülvi Bahadır

view 410 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news