“CINEMO” Mobil Film Festivalının qalibləri mükafatlandırıldı

“CINEMO” Mobil Film Festivalının qalibləri mükafatlandırıldı
calendar 24 fevral 2024
clock 10:20

Nizami Kino MərkəzindəCINEMOMobil Film Festivalının mükafatlandırma mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Yaradıcı Həftə” çərçivəsində start götürmüş CINEMO Mobil Film Festivalı Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə baş tutub.

CINEMO” Mobil Film Festivalının “Sosial çarx” nominasiyası üzrə birinci yerə Məmmədəli Əbilovun "Qismət", ikinci yerə Hikmət Gündüzlünün "Gəlincik", üçüncü yerə Azər Kazımovun "Mənim adım autizmdır" filmləri layiq görülüb.

“Sənədli film” nominasiyasında Taleh Urfansoyun "Alovla savaşanlar", Sabir Nurullayevin "Şərqiyyə", Emin Həsənovun "Daşların sirri" filmləri 1-3-cü yerləri bölüşüblər.

“Bədii film” nominasiyasında isə birinci yeri "44 ölçü" (Dilavər Əzimov), ikinci yeri "Bayram hədiyyəsi" (Şirin Əhmədov), üçüncü yeri "Bağlıdır-açıqdır" (Aydan Qafarova) filmləri tutub.

view 1295 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news