Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - Açıqlama

Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - Açıqlama
calendar 17 aprel 2024
clock 16:50

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev bu gün evə buraxılıb.

Kulis.az xəbər verir ki, bu barədə hospitaldan məlumat verilib.

Qeyd olunub ki, Çingiz Abdullayevi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov və Əməliyyatxana, Reanimasiya və İntensiv Terapiya şöbəsinin reanimatoloqları və tibb heyəti evə yola salıb.

Xatırladaq ki, Xalq yazıçısı aprelin 6-sı səhər saat 3 radələrində səhhətində yaranmış problemi ilə bağlı Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.

view 661 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news