“Durna balığı” tamaşası onlayn göstəriləcək

“Durna balığı” tamaşası onlayn göstəriləcək
calendar 31 mart 2021
clock 18:55

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı aprelin 2-də rusdilli tamaşaçılar üçün maraqlı səhnə əsəri ilə çıxış edəcək.

Kulis.az xəbər verir ki, sənət ocağının kollektivi rus xalq nağılı əsasında hazırlanan “Durna balığı” tamaşası ilə teatrsevərlərin görüşünə onlayn gələcək.

Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır. Musiqili səhnə işində uşaqlara sehrli nağıl dünyasına səyahət vəd olunur.

Qeyd edək ki, saat 12:00-da təqdim ediləcək səhnə əsəri teatrın “YouTube” kanalı vasitəsilə göstəriləcək.

view 1886 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news