“Finch” filminin yayım tarixi açıqlandı

“Finch” filminin yayım tarixi açıqlandı
calendar 13 avqust 2021
clock 18:37

Məşhur kino aktyoru Tom Hanksın baş rolda çəkildiyi “Finch” filminin yayım tarixi açıqlanıb.

“Apple” şirkəti çoxdan gözlənilən “Finch” filminin noyabrın 5-də “Apple TV"də təqdim olunacağını bildirib.

Qeyd edək ki, kinoteatrların bağlanması səbəbindən filmin buraxılış tarixi təxirə salınmışdı.

Filmdə robot mühəndisi Finchin macəra dolu səfərindən bəhs olunur. Bu səfərdə ona iti Goodyear və özünü Jeff adlandıran bir robot yoldaşlıq edir. Bir-birinə uyğun gəlməyən bu üçlük Amerikaya təhlükəli bir səyahətə çıxarkən, robot Jeff yaradılışın, yaşamağın nə demək olduğunu, sevincini və təəccübünü anlamağa çalışır.

Filmdə robot obrazını Cannes Film Festivalının mükafatçısı Caleb Landry Jones canlandırıb

view 1569 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news