"Qurban olum Azərbaycan" mahnısının söz yazarı vəfat etdi

"Qurban olum Azərbaycan" mahnısının söz yazarı vəfat etdi
calendar 23 oktyabr 2020
clock 09:40

Tanınmış şair, bəstəkar İsmayıl Dadaşov vəfat edib.

Kulis.az xəbər verir ki, barədə "Azərbaycanfilm" kinostudiyası məlumat yayıb.

Qeyd edək ki, İsmayıl Dadaşov Xalq artisti Zülfiyyə Xanbabayevanın ifa etdiyi "Qurban olum Azərbaycan" mahnısının sözlərinin müəllifidir.

İsmayıl Dadaşov 1957-ci ildə Bakıda müəllim ailəsində doğulub. Hələ məktəb illərində ədəbiyyata, teatr və kino sənətinə həvəs göstərib. ilk qələm təcrübələri ilə diqqəti cəlb edib.

İsmayıl Dadaşov həm də bacarıqlı musiqi redaktorudur. Azərbaycan televiziyası və radiosu, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası, "Space" Teleradio Şirkəti tərəfindən yaradılmış bir çox verilişlərin və filmlərin uğur qazanmasında rol oynayıb.

Əhməd Orucoğlunun "Pul dəlisi", "Qonşular", "Qaynana əməliyyatı", Marat Haqverdiyevin "Qısqanc ürəklər" və s. tamaşalar üçün söz yazan şair, həm də bir çox bədii filmlər üçün sözlər yazıb.

Allah rəhmət eləsin!

view 3823 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news