"Xosrov və Şirin" yenidən tərcümə olunur

"Xosrov və Şirin" yenidən tərcümə olunur
calendar 18 mart 2021
clock 11:15

"Xosrov və Şirin" poeması yenidən dilimizə tərcümə olunur.

Bu barədə Kulis.az saytına şair-tərcüməçi Etimad Başkeçid məlumat verib.

"Bu günlərdə Nizaminin «Xosrov və Şirin» əsərinin filologi tərcüməsinə başlayacağam. Farscadan hərfi tərcüməsini Əli Şükrü eləyir. Nizaminin “Sirlər Xəzinəsi”ndən bir parça mənim tərcüməmdə «Kulis»də çap olundu. Mütəxəssislərin və oxucuların reaksiyasından razıyam. Odur ki, ölməyib sağ qalsaq, payızda “Xosrov və Şirin”in tərcüməsini bitirməyi planlaşdırıram".

Etimad Başkeçid həmçinin yaradıcılıq fəaliyyəti haqqında da məlumat verib.

"Çoxdan yazdığım romanı ötən ilin dekabrında bitirmişəm. İndi oxuyuram, sonluğu ürəyimcə deyil. Onu yenidən işləyəndən sonra verəcəm hissə-hissə çap olunsun".

view 2648 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news