44 günlük müharibəyə həsr edilən şeirlər kitabı çıxdı

44 günlük müharibəyə həsr edilən şeirlər kitabı çıxdı
calendar 13 aprel 2021
clock 17:21

Şair Rafiq Yusifoğlunun yeni kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, “Zəfər Dastanı” adlanan kitaba şairin son illərdə qələmə aldığı qələbə müjdəli təzə şeirlər daxil edilib.

44 günlük Vətən Müharibəsinə həsr edilmiş “Zəfər Dastanı” Azərbaycan Dövlət Pedaqoji Universitetinin Nəşriyyatında 280 səhifə həcmində nəşr edilib.

Kitabın redaktoru professor Məhərrəm Qasımlıdır.

Kitabda yer alan şeirlər bir neçə ad altında qruplaşdırılır. Vətən Müharibəsinin zəfərinə həsr olunan “Yeriniz görünür bu zəfər günündə”, “Zəfər yallısı” , “Azad edilmiş yurd yerində düşüncələr”, “Ali Baş Komandanın Qubadlı səfəri”, “Haqqa güvənən xalq”, “İgidlər diyarı”, “Təzə Qubadlının Şəhidlər xiyabanı”, “Kəlbəcərin dağlarına yağdı qar”, “Ata ocağı”, “Əsir tanklar”, “Qarabağ savaşı”, “Vətən sevdalı əsgər” və s şeirləri Qələbəyə gedən yol bölməsi adı altında toplanıb.

No description available.

view 21187 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news