Dahi şairin qohumu: “Onun nəslindən olduğumu bilmirdim”

Dahi şairin qohumu: “Onun nəslindən olduğumu bilmirdim”
calendar 2 iyun 2020
clock 12:35

“Seyid Əzim Şirvani kölgədə qalmış sənətkarlardandır. Məncə kifayət qədər öyrənilməyib.”

Bu sözləri APA-ya müsahibəsində dahi şairin soyundan olan rejissor, rəssam Teymur Daimi söyləyib. Daha sonra əlavə edib:

“O, öz növbəsini gözləyən sənətkarlardandır. Ümidvaram ki, haçansa Seyid Əzim layiqincə araşdırılacaq. Düzdür, ad kimi, simvol kimi var, amma araşdırmaq lazımdır ki, görək həqiqətən o kimdir.”

T.Daimi nəsil şəcərəsində Seyid Əzimə münasibətdən də danışıb:

“Təəssüf ki, özümüz də onu araşdırmamışıq. Çünki bizdə onun haqqında söhbətlər nədənsə olmayıb. Sadəcə, fakt kimi bilirəm. Digər tərəfdən, nənəm rəhmətə gedəndə mənim 13 yaşım vardı. Mən onda heç bilmirdim ki, Seyid Əzimin nəslindənəm. Bilsəydim, sözsüz suallar verərdim. Çox təəssüf ki, həyatı haqqında məlumat azdır. Ola bilsin, nə vaxtsa Seyid Əzimi araşdırım.”

view 4480 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news