Con Lennonun qətli ilə bağlı sənədli film çəkiləcək

Con Lennonun qətli ilə bağlı sənədli film çəkiləcək
calendar 1 noyabr 2023
clock 10:24

"Apple TV+" "The Beatles" qrupunun solisti Con Lennonun qətli ilə bağlı sənədli film çəkəcək.

Kulis.az xəbər verir ki, "Con Lennon: Məhkəməsiz qətl" adlı üç seriyadan ibarət sənədli filmin rejissoru Kifer Sazerlend olacaq.

Filmdə əvvəllər dərc olunmamış şahid ifadələri, hadisə yerindən fotoşəkillər, həmçinin psixiatrlar, detektivlər, vəkillər və musiqiçinin qohumları ilə müsahibələr yer alacaq.

Qeyd edək ki, C.Lennon 1980-ci ilin dekabrında Nyu-Yorkda öldürülüb. Sənətçini öldürən şəxs ömürlük həbs edilib.

view 779 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news