Conni Depp qızıl medala layiq görüldü

Conni Depp, aktyor

Conni Depp, aktyor

calendar 16 fevral 2022
clock 14:00

Serbiya Prezidenti Aleksandar Vuçiç Hollivud ulduzu Conni Deppə qızıl medal verib.

Kulis.az xəbər verir ki, aktyor bu medala Serbiyanın sosial və mədəni fəaliyyətində, xüsusilə kino sahəsində, həmçinin, ölkənin dünya arenasında tanıdılmasında göstərdiyi yüksək nailiyyətlərə görə buna layiq görülüb.

Qeyd edək ki, keçmiş həyat yoldaşı Amber Hardla qalmaqallı şəkildə boşandıqdan sonra Depp bir neçə təklifdən imtina etməli olub. Daha sonra heç bir layihəyə dəvət almayan aktyor Hollivudda onu boykot etdiklərini bildirib.O, hazırda fransız kinorejissor Mayvennin tarixi filmində rol almağa hazırlaşır. Aktyor ekran işində 58 il hakimiyyətdə olan kral XV Lüdoviqi canlandıracaq.

view 1453 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news