“Cücələrim” uşaq festivalı başladı

 “Cücələrim”  uşaq festivalı başladı
calendar 31 may 2024
clock 11:31

Azərbaycanda ilk dəfə keçirilən Qəmbər Hüseynli adına I "Cücələrim" Uşaq Festivalı başlayıb.

Kulis.az xəbər verir ki, Qəmbər Hüseynlinin heykəlinin önündə uşaq mahnılarından ibarət konsert proqramı təşkil olunub.

Konsertdə Gəncə şəhər Uşaq incəsənət məktəbinin, Gəncə şəhər 1, 2, 3, 4 və 5 nömrəli Uşaq Musiqi məktəblərinin, Daşkəsən Uşaq İncəsənət Məktəbinin, Naftalan, Goranboy, Samux, Göygöl Uşaq Musiqi məktəblərinin iştirakı ilə Qəmbər Hüseynlinin "Cücələrim", "Ay işığında", "İlk məhəbbət", Fikrət Əmirovun "Rəqs", "Skertso", Tofiq Quliyevin "Bağçamız", "Əziz surət", Arif Məlikovun "Lirik mahnı", Polad Bülbüloğlunun "Şən Azərbaycan" mahnıları səsləndirilib.

view 436 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news