Dağıstanın xalq artisti Maqomedrəsul Zavayev 77 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Zavayevin ölüm səbəbi hələ məlum deyil.
- “Grammy” mükafatlı caz pianoçusu vəfat etdi
- Kulisin seçdiyi hekayələr - 2 – #bumənimhekayəm
- Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar
Dağıstan Mədəniyyət Nazirliyinin rəhbəri Zarema Butayeva aktyorun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Məhəmmədrəsul Zavayev 1945-ci ildə Xacalmaxı kəndində anadan olub. Məktəbdən sonra musiqi məktəbinə daxil olub. 1978-ci ildə sənətçi T.Muradov adına Dağıstan Dövlət Filarmoniyasında fəaliyyətə başlayıb. Ömrünün son illərində Dağıstan Dövlət Opera və Balet Teatrında opera truppasının solisti işləyib.