Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən şair kimdir? - Bioqrafiya

Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən şair kimdir? - Bioqrafiya
calendar 8 oktyabr 2020
clock 17:23

Xəbər verdiyimiz kimi 2020-ci il üzrə Nobel mükafatı yəhudi əsilli ABŞ şairi Luiza Qlükə verildi. Kulis.az şairin qısa bioqrafiyasını təqdim edir.

Luiza Qlük 22 aprel 1943-cü ilə Nyu-Yorkda Avstrya-Macarstandan gələn yəhudi mühacir əsilli ailədə dünyaya gəlib.

Sarrı Lourens kollecini bitirib. Daha sonra Kolumbiya universitetində oxuyub, lakin təhsilini tam başa vurmadan universiteti yarımçıq qoyub.

Qlük 1968-ci ildə Amerika Şairlər Akademiyası mükafatına, 1985-ci ildə tənqidçilər cəmiyyətinin Milli Kitab mükafatına, 1993-cü ildə “Pulitzer” mükafatına, 2001-ci ildə “Bollingen” Mükafatına layiq görülüb. 2003-2004-cü illərdə isə “ABŞ şairi” adına layiq görülüb. 2014-cü ildən Amerika Fəlsəfi Cəmiyyətinin üzvüdür.

Luiza şeir haqqında bunları deyir:

“Dünya bizsiz bütünləşir. Bu dözülməz həqiqətdir! Şair üsyanla cavab verərək əksini sübut etmək istəyir. Şair xroniki həqiqət mübahisəsi içində yaşayır və nəticədə ortaya yeni sürpriz çıxır: dözülməzliyin ziddiyyətli bir parçasında yeni bir həqiqətin yaranması...

Qeyd edək ki, şairin seçilmiş əsərləri Türkiyədə nəşr olunub. Azərbaycanda isə Qlükün bir neçə şeiri Səməd Qaraçöpün tərcüməsində 2004-cü ildə “Xəzər” jurnalında çap edilib.

Şairə “Axillesin qələbəsi”, “Vəhşi İris”, “Çəmənlik”, “Həyatın yeddi yaşı”, “Kənd həyatı”, “Oktyabr”, “Averno” kitablarının müəllifidir.

view 2620 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news