“Dəli yığıncağı” tamaşası nümayiş olunacaq

 “Dəli yığıncağı”  tamaşası nümayiş olunacaq
calendar 22 oktyabr 2024
clock 18:40

Oktyabrın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, ikihissəli satirik pamfletin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Xalq artisti Siyavuş Kərimidir.

Elmi məsləhətçisi akademik İsa Həbibbəyli olan səhnə əsərinin əsas ideyasını dini mövhumat və xurafatın cürətli, kəsərli ifşası təşkil edir.

“Dəli yığıncağı” pyesini Cəlil Məmmədquluzadə 1927-ci ildə Bakıda yazıb. Əsər özünün ideya-məzmun xüsusiyyətləri, hadisələri, obrazları ilə şərti, simvolik xarakter daşıyır.

view 373 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news