Demi Mur: "Düşünürdüm ki, artıq Hollivudda yerim yoxdur"

Demi Mur:  "Düşünürdüm ki, artıq Hollivudda yerim yoxdur"
calendar 29 avqust 2024
clock 10:38

"Ruh" filmi ilə məşhurlaşan aktrisa Demi Mur sonuncu dəfə " Maddə" filmində çəkilib.

Kulis.az xəbər verir ki, Kannda 13 dəqiqə alqışlanan filmin ulduzu Mur karyerası ilə bağlı açıqlamalar verib.

61 yaşlı sənətçi 2003-cü ildə "Çarlinin mələkləri:Tam sürətlə" filmində oynadıqdan sonra karyerasının bitdiyini düşünürdü:

"40 yaşıma çatanda tənqidləri daha çox hiss etdim. "Çarlinin mələkləri" filminə çəkildim və bikinidə olduğum səhnə çox müzakirə olundu. Başa düşdüm ki, Hollivudda mənə yer yoxdur".

Ülvi Bahadır

view 584 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news