DİQQƏT! “İlin hekayəsi” müsabiqəsində son gün

"İlin hekayəsi" müsabiqəsi

"İlin hekayəsi" müsabiqəsi

calendar 10 dekabr 2021
clock 10:07

“İlin hekayəsi” müsabiqəsinə əsər qəbulunun son günüdür.

22 noyabr start götürən “İlin hekayə” müsabiqəsinə əsər qəbulu bu gün, saat 18:00-a qədər davam edəcək. Bu saatdan sonra göndərilən hekayələr qəbul olunmayacaq.


Müsabiqəyə göndərilən hekayələr anonim şəkildə münsiflərə təqdim olunur. Münsiflərin qiymətləndirilməsindən sonra hekayələr hissə-hissə sayta yerləşdirilir.

Münsiflərin rəyi əsasında 20-lik, daha sonra isə 10-luq açıqlanacaq. Yekunda üç yerin qalibi bəlli olacaq.

Yalnız bir hekayə onlayn səsvermə ilə seçiləcək. Xatırladaq ki, onlayn səsvermə münsiflərin qiymətləndirməsindən və bütün hekayələr sayta yerləşdirildikdən sonra başlayacaq.

view 2120 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news